21 fevral 2026. Şənbə

"Bir gün qol vuracağıma əmin idim"


"Bir gün qol vuracağıma əmin idim"

“Liverpul”un yarımmüdafiəçisi Florian Virts İngiltərə Premyer Liqasının 18-ci turunda “Vulverhempton”a qarşı keçirilən oyunda vurduğu qol barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, alman futbolçu bu barədə jurnalistlərə açıqlamasında deyib.

“Əmin idim ki, bir gün qol vuracağam. Daha tez fərqlənib məhsuldar ötürmələr etmək istəyirdim, amma hər şey öz axarı ilə getdi və bunu qəbul etməliyəm. Sadəcə bilirəm ki, bu gələcək və mən eyni əzmlə davam etməyə çalışıram.”

Qeyd edək ki, 27 dekabr tarixində keçirilən oyun 2:1 hesabı ilə “Liverpul”un qələbəsi ilə başa çatıb və Virts bu matçda “qırmızılar”ın heyətində ilk qolunu vurub.

Premyer Liqada 18 turdan sonra “Liverpul” 32 xalla 4-cü pillədədir.







İngiltərə P.L.

Noni Madueke kumirinin adını çəkib
  • İngiltərə P.L.
  • 23:37 20.02.2026
Noni Madueke kumirinin adını çəkib
“Əsas məqsədimiz nəticə qazanmaqdır”
  • İngiltərə P.L.
  • 21:40 20.02.2026
“Əsas məqsədimiz nəticə qazanmaqdır”