14 yanvar 2026. Çərşənbə

“Əsas məqsəd sabit və güclü mədəniyyət formalaşdırmaqdır”


“Əsas məqsəd sabit və güclü mədəniyyət formalaşdırmaqdır”

“Tottenhem”in baş məşqçisi Tomas Frank komandanın yenidən qurulması prosesinin əvvəlki çalışdırdığı klublar — “Brentford” və “Bröndby” ilə müqayisədə hansı fərqlərə malik olması barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Sky Sports" nəşri çalışdırıcının dediklərini belə çatdırıb.

“Bu, fərqlidir, amma deyərdim ki, sabit və dayanıqlı bir şey qurmaq üçün istifadə olunan alətlər eynidir. Söhbət düzgün insanlarla, elit düşüncə tərzi ilə yüksək səviyyəli bir mədəniyyət formalaşdırmaqdan gedir. Bizim yaratdığımız ən vacib məqam da məhz budur. Hər gün kiçik bir addım irəli getməyə çalışırıq.

Əlbəttə, indi bizə daha çox diqqət yetirilir və ən xırda geriləmələr belə dərhal nəzərə çarpır. Buna görə də mütləq istifadə etməli olduğun alətlərdən biri səs-küyü — yəni kənar fikirləri görməzdən gəlmək bacarığıdır. Mən bunu edirəm, məşqçilər heyəti bunu edir, futbolçular bunu edir, klubdakı hər kəs bunu edir. Düşünürəm ki, bu, son dərəcə vacibdir”

Qeyd edək ki, londonlular son səkkiz oyunda cəmi bir qələbə qazanıblar. İngiltərə Premyer Liqasının 17 turundan sonra “Tottenhem” turnir cədvəlində 22 xalla 14-cü pillədə qərarlaşıb. Komanda bazar günü, 28 dekabr tarixində “Kristal Pelas”la qarşılaşacaq.







İngiltərə P.L.

“Kay Haverts əla formada geri döndü”
  • İngiltərə P.L.
  • 21:20 14.01.2026
“Kay Haverts əla formada geri döndü”
"Biz bəzi şeylərdə çox yaxşıyıq"
  • İngiltərə P.L.
  • 20:28 14.01.2026
"Biz bəzi şeylərdə çox yaxşıyıq"
"Birlikdə çox gözəl vaxt keçirdik"
  • İngiltərə P.L.
  • 20:09 14.01.2026
"Birlikdə çox gözəl vaxt keçirdik"
"Dünən gecə yata bilmədim"
  • İngiltərə P.L.
  • 22:33 13.01.2026
"Dünən gecə yata bilmədim"
"Pepin bizim üçün taktiki bir şeyi var"
  • İngiltərə P.L.
  • 22:14 13.01.2026
"Pepin bizim üçün taktiki bir şeyi var"
"O, Anri və Vieyra ilə eyni səviyyədədir"
  • İngiltərə P.L.
  • 19:15 13.01.2026
"O, Anri və Vieyra ilə eyni səviyyədədir"
“Tottenhem”in futbolçusu əməliyyat olundu
  • İngiltərə P.L.
  • 18:01 13.01.2026
“Tottenhem”in futbolçusu əməliyyat olundu