28 dekabr 2025. Bazar günü

“Azarkeşlər ruhunu qoymayan oyunçunu qəbul etmir”


“Azarkeşlər ruhunu qoymayan oyunçunu qəbul etmir”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandasının keçən mövsüm oyun böhranını dəf etdiyi anı açıqlayıb.  

90deqiqe.Az-ın məlumatına görə, çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Bu kritik an idi, amma hər şey ABŞ-da klublararası dünya çempionatında dəyişdi. Biz vəziyyəti analiz etdik, çox danışdıq və bir çox şeyi dəyişdik. İndi isə proses davam edir. ‘Barselona’, ‘Bavariya’ və burada titul qazananda bu tip çoxlu oyunlar keçirirsən.

Bədən dili, qələbə qeyd etmələri, azarkeşlərlə əlaqə — bütün bunlar mövcuddur. Onlar [azarkeşlər] qapıçılarımızı, hücumçularımızı sevir, çünki hiss edirlər ki, komanda uğur qazanmaq istəyir və bir-birinə dəstək olur. Fanatlar pis oyunu qəbul edə bilərlər, amma əgər sən ruhunu qoymursansa və ya klubunu sevən insanlara sədaqət göstərmirsənsə, bunu qəbul etmirlər. Bu əlaqə indi mövcuddur və mən düşünürəm ki, uzun müddətdir, aylar ərzində mövcuddur”

Xatırladaq ki, “şəhərlilər” APL-in 18-ci turunda “Nottingem Forest” üzərində 2:1 hesabı ilə qələbə qazanıblar. Qeyd edək ki, keçən mövsümün 28-ci turunda “meşəlilər” Qvardiolanın komandasını 1:0 hesabı ilə məğlub etmişdilər.Qələbə sayəsində “Mançester Siti” APL-də qələbə seriyasını altı matça çatdırıb.







İngiltərə P.L.

Haland İngiltərə pasportu almaq istəyir
  • İngiltərə P.L.
  • 18:25 28.12.2025
Haland İngiltərə pasportu almaq istəyir
“Futbolda əsas nəticədir"
  • İngiltərə P.L.
  • 22:34 27.12.2025
“Futbolda əsas nəticədir"
“Bu qolu gözləyirdim, çox şadam”
  • İngiltərə P.L.
  • 22:18 27.12.2025
“Bu qolu gözləyirdim, çox şadam”