21 fevral 2026. Şənbə

Haland İngiltərə pasportu almaq istəyir


Haland İngiltərə pasportu almaq istəyir

“Mançester Siti”nin hücumçusu Erlinq Haland İngiltərədəki həyatından danışıb və İngiltərə pasportu almaq istədiyini açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, norveçli futbolçu bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Böyük Britaniyada özümü evimdəki kimi hiss edirəm. Anam İngiltərəni, onun adət-ənənələrini çox sevir. Mənim doğulmağımdan əvvəl valideynlərim burada çox gözəl vaxt keçiriblər, mən də burada çox yaxşı vaxt keçirirəm. “Mançester Siti” ilə müqavilə imzalamadan əvvəl bir neçə dəfə Mançesterdə olmuşdum. Oyunlara gedəndə də həmişə İngiltərəni çox bəyənmişəm.

Norveçlilər və ingilislərin bir-birinə bir qədər bənzədiyini hiss edirəm və bundan həmişə böyük zövq almışam. Atmosfer möhtəşəmdir. Özümü çox rahat hiss edirəm və niyə bu qədər bəyəndiyimi izah etmək çətindir. Məncə, bu, Norveçə çox bənzəyir. İngiltərə pasportu almaq mənim üçün çox xoş olar. Niyə də olmasın?” 

Qeyd edək ki, bu mövsümdə Haland bütün turnirlərdə 24 oyunda iştirak edib, 25 qol vurub və 4 məhsuldar ötürmə edib.







İngiltərə P.L.

Noni Madueke kumirinin adını çəkib
  • İngiltərə P.L.
  • 23:37 20.02.2026
Noni Madueke kumirinin adını çəkib
“Əsas məqsədimiz nəticə qazanmaqdır”
  • İngiltərə P.L.
  • 21:40 20.02.2026
“Əsas məqsədimiz nəticə qazanmaqdır”