- İngiltərə P.L.
- 19:06 28.12.2025
“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi İngiltərə Premyer Liqasının 18-ci turunda “Arsenal”ın “Brayton” üzərində 2:1 hesablı qələbəsi zamanı qapıçı David Rayanın epik qurtarışına reaksiya verib.
90deqiqe.Az xəbər verir ki, "BBC" sabiq futbolçunun dediklərini belə çatdırıb.
“Bu, David Rayadan tamamilə inanılmaz qurtarış idi. Məhz belə anlarda çempionluq titulları qazanılır. David Rayanın mövsüm ərzində belə bir çox epizodu olur”
Xatırladaq ki, 76-cı dəqiqədə, hesab 2:1 olanda, ispaniyalı qapıçı cəza sahəsindən yüksək küncə yönələn zərbəni dəf edərək komandası üçün üstünlüyü qoruyub.
Qeyd edək ki, “Arsenal” hazırda APL turnir cədvəlində liderdir. 18 turdan sonra London klubunun aktivində 42 xal var və ikinci pillədə qərarlaşan “Mançester Siti”dən 2 xal öndədir.