21 fevral 2026. Şənbə

"Tottenhem" 3 xalı tək qolla qazandı


 "Tottenhem" 3 xalı tək qolla qazandı

İngiltərə Premyer Liqasının 18-ci turunun "Kristal Pelas" və "Tottenhem" komandaları arasında keçirilən oyun başa çatıb.

 90deqiqe.Az-ın məlumatına görə, "Selhurst Park"da (London) baş tutan oyunda London klubu 1-0 hesablı qələbə qazanıb.

42-ci dəqiqədə Arçi Qrey vurduğu tək qol ilə “sporlar”ı qələbəyə daşıdı. Qonaq komandanın ulduz hücumçusu Rişarlisonun iki qolu isə ləğv olunub – biri 17-ci, digəri 75-ci dəqiqədə.

Oyunsonrası cədvəldə "Kristal Pelas" 26 xalla 9-cu, "Tottenhem" isə 25 xalla 11-ci pillədə qərarlaşıb.

Növbəti turda “Kristal Pelas” yanvarın 1-də evdə “Fulhem”lə qarşılaşacaq, “Tottenhem” isə eyni gün səfərdə “Brentford”la matçda qüvvəsini sınayacaq.







İngiltərə P.L.

Noni Madueke kumirinin adını çəkib
  • İngiltərə P.L.
  • 23:37 20.02.2026
Noni Madueke kumirinin adını çəkib
“Əsas məqsədimiz nəticə qazanmaqdır”
  • İngiltərə P.L.
  • 21:40 20.02.2026
“Əsas məqsədimiz nəticə qazanmaqdır”