21 fevral 2026. Şənbə

“Çelsi” qışda transfer etməyəcək


“Çelsi” qışda transfer etməyəcək

“Çelsi”nin qış transfer pəncərəsində yeni futbolçularla heyətini gücləndirməsi ehtimalı azdır.

90deqiqe.Az-ın "Standard Sport"a istinadən məlumatına görə, London klubunun rəhbərliyi qarşıdakı transfer dövrünü sakit keçirməyi planlaşdırır.

Bildirilib ki, “mavilər” uzunmüddətli perspektiv üçün yeni mərkəz müdafiəçisi transfer etmək niyyətində olsa da, potensial yeni futbolçuların komandaya qoşulması daha çox 2026-cı ilin yayına təsadüf edə bilər.

Hazırda “Çelsi” İngiltərə Premyer Liqasının turnir cədvəlində 18 turdan sonra 29 xalla beşinci pillədə qərarlaşıb. Enzo Mareskanın rəhbərlik etdiyi kollektiv ötən turda doğma meydanda “Aston Villa”ya 1:2 hesabı ilə məğlub olub. London təmsilçisi növbəti turda “Bornmut”la qarşılaşacaq.







İngiltərə P.L.

Noni Madueke kumirinin adını çəkib
  • İngiltərə P.L.
  • 23:37 20.02.2026
Noni Madueke kumirinin adını çəkib
“Əsas məqsədimiz nəticə qazanmaqdır”
  • İngiltərə P.L.
  • 21:40 20.02.2026
“Əsas məqsədimiz nəticə qazanmaqdır”