21 fevral 2026. Şənbə

“Arsenal” yarımmüdafiəçisini itirdi


“Arsenal” yarımmüdafiəçisini itirdi

“Arsenal” klubunun mərkəz yarımmüdafiəçisi Deklan Rays zədələnib.

90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, 26 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 18-ci turunda “Brayton”la oyunda diz nahiyəsində narahatlıq hiss edib, lakin oyunu sona qədər tamamlayıb.

Matçdan sonra “kanonirlər”in tibbi heyəti Raysə istirahət verməyə qərar verib. Nəticədə, futbolçu 30 dekabr tarixində “Aston Villa” ilə matçda forma geyinməyəcək.

Cari mövsümdə Deklan Rays 26 yaşında olmasına baxmayaraq, “Arsenal”ın heyətində bütün turnirlər üzrə 25 oyuna çıxıb, 2 qol vurub və 6 məhsuldar ötürmə edib.







İngiltərə P.L.

Noni Madueke kumirinin adını çəkib
  • İngiltərə P.L.
  • 23:37 20.02.2026
Noni Madueke kumirinin adını çəkib
“Əsas məqsədimiz nəticə qazanmaqdır”
  • İngiltərə P.L.
  • 21:40 20.02.2026
“Əsas məqsədimiz nəticə qazanmaqdır”