16 avqust 2026. Bazar günü

“2026-cı il bizim üçün qələbə ili olacaq”


“2026-cı il bizim üçün qələbə ili olacaq”

“Arsenal”ın kapitanı Martin Edeqor komandası üçün gələcək ildə qələbələr arzulayıb.

90deqiqe.Az-ın məlumatına görə, norveçli futbolçu bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Biz daha çoxunu istəyirik. Nə isə qazanmaq istəyirik və ümid edirəm ki, 2026-cı il bizim üçün bunu həyata keçirdiyimiz il olacaq. Tamamilə aydındır ki, “Arsenal”ın hər üzvü kubok qazanmaq istəyir və biz hər gün məhz buna çalışırıq. Ümid edirəm ki, 2026 bizim üçün qələbə ili olacaq, çünki buna hazırıq.”

Qeyd edək ki, hazırda “Arsenal” Premyer Liqada 40 xalla liderdir. Lakin rəqiblərdən üstünlük çox kiçikdir: “Mançester Siti”dən cəmi 2 xal, “Aston Villa”dan isə 3 xal fərqlə qabaqdadır. “Kanonirlər” 30 dekabr gecəsi “Emirates” stadionunda “Aston Villa” ilə qarşılaşacaq.







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”
“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi