14 may 2026. Cümə axşamı

“Çelsi” evdə “Bornmut”la bacarmadı


 “Çelsi” evdə “Bornmut”la bacarmadı

İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində “Çelsi” ilə “Bornmut” arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “Stemford Bric” stadionunda baş tutan qarşılaşmanı baş hakim qismində Samuel Barrott idarə edib. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Matçda hesabı oyunun əvvəlində qonaqların hücumçusu Devid Bruks açıb. Qarşılaşmanın 15-ci dəqiqəsində “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer penaltini dəqiq yerinə yetirərək tarazlığı bərpa edib. 23-cü dəqiqədə Enso Fernandes London klubunu hesabda irəli çıxarıb. Lakin 27-ci dəqiqədə “Bornmut”un hücumçusu Castin Klyuvert fərqlənərək hesabı yenidən bərabərləşdirib.

19 turdan sonra Enzo Mareskanın rəhbərlik etdiyi “Çelsi” 30 xal toplayaraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Andoni İraolanın yetirmələri isə 23 xalla 15-ci mövqedə yer alırlar.







İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi