15 yanvar 2026. Cümə axşamı

“Mançester Yunayted” evdə xal itirdi


“Mançester Yunayted” evdə xal itirdi

İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində “Mançester Yunayted” və “Vulverhempton” komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “Old Trafford” stadionunda (Mançester) keçirilən qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Görüşün baş hakimi Tomas Bramell olub.

Matçın 27-ci dəqiqəsində Coşua Zirkzee fərqlənərək “qırmızı şeytanlar”ı hesabda önə çıxarıb. Qonaqların cavab qolu isə 45-ci dəqiqədə Ladislav Kreyçi tərəfindən vurulub. Qarşılaşmanın 90+1-ci dəqiqəsində Patrik Dorqu “Mançester Yunayted”ə qələbə qazandıra bilərdi, lakin VAR-a baxıldıqdan sonra qol ləğv edilib.

Bu nəticədən sonra “Mançester Yunayted” 30 xalla Premyer Liqanın turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. “Vulverhempton” isə cəmi 3 xalla sonuncu – 20-ci yerdə mövqe tutur.







İngiltərə P.L.

“Liverpul” Co Qomeşi qışda satmayacaq
  • İngiltərə P.L.
  • 23:26 14.01.2026
“Liverpul” Co Qomeşi qışda satmayacaq
“Kay Haverts əla formada geri döndü”
  • İngiltərə P.L.
  • 21:20 14.01.2026
“Kay Haverts əla formada geri döndü”
"Biz bəzi şeylərdə çox yaxşıyıq"
  • İngiltərə P.L.
  • 20:28 14.01.2026
"Biz bəzi şeylərdə çox yaxşıyıq"