14 may 2026. Cümə axşamı

“Arsenal” “Aston Villa”nı darmadağın etdi


“Arsenal” “Aston Villa”nı darmadağın etdi

İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində “Arsenal” və “Aston Villa” komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, “Emirates” stadionunda təşkil olunan qarşılaşmada meydan sahibləri rəqibini 4:1 hesabı ilə darmadağın ediblər.

Matçda hesab 48-ci dəqiqədə “Arsenal”ın braziliyalı müdafiəçisi Qabriel Maqalyaens tərəfindən açılıb. Dörd dəqiqə sonra “topçular”ın ispaniyalı dayaq yarımmüdafiəçisi Martin Subimendi hesabı 2:0-a çatdırıb. Həmin epizodda məhsuldar ötürmənin müəllifi norveçli Martin Edeqor olub.

69-cu dəqiqədə belçikalı vinger Leandro Trossard fərqlənərək üçüncü qolu vurub. Bu dəfə assisti müdafiəçi Yurrien Timber edib. Qarşılaşmanın 78-ci dəqiqəsində braziliyalı hücumçu Qabriel Jezus Trossardın ötürməsindən yararlanaraq hesabı 4:0-a çatdırıb.

Oyuna əlavə olunmuş vaxtda “Aston Villa”nın hücumçusu Ollie Uotkins qonaqların təsəlli qoluna imza atıb.







İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi