- İngiltərə P.L.
- 16:55 31.12.2025
“Aston Villa”nın baş məşqçisi Unay Emeri İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində “Arsenal”a qarşı oyundan sonra london klubunun çalışdırıcısı Mikel Arteta ilə niyə əl sıxmamasına aydınlıq gətirib.
90deqiqe.Az xəbər verir ki, "RMC Sport" çalışdırıcının dediklərini belə çatdırıb.
“Videotəkrara baxın. Matçdan sonra mənim davranışım hər zaman eynidir: rəqib komandanın baş məşqçisi ilə əl sıxıram, daha sonra köməkçilərimlə və futbolçularımla görüşürəm və ya paltardəyişmə otağına yollanıram. Mən gözlədim. O, təbii ki, qələbəyə sevinirdi və öz heyəti ilə idi, mən də getməyi qərara aldım. Mənim üçün bu, problem deyil. Əgər baş məşqçi mənə tərəf gəlmirsə, adətən gözləyirəm. Amma hava çox soyuq idi...”
Xatırladaq ki, ötən gün keçirilən qarşılaşma “topçular”ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.