31 dekabr 2025. Çərşənbə

“Şeşko meydanda komanda üçün çox önəmlidir”


“Şeşko meydanda komanda üçün çox önəmlidir”

 “Mançester Yunayted”in sabiq kapitanı Rio Ferdinand komandanın hücumçusu Benjamin Şeşko haqqında fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 47 yaşlı sabiq futbolçu bu barədə öz podkastında bildirib.

“Tamamilə razıyam ki,  “Mançester Yunayted” "Vulverhempton"la oyunda Şeşko meydanda olanda daha yaxşı komanda təsiri bağışlayırdı. O, sadəcə qol vurmur, bu barədə klubun bir futbolçusundan da eşitmişdim. Bəli, hücumçuları əsasən qollarına görə qiymətləndirirlər, amma komandada bəzən onların töhfələri fərqlidir və sən düşünürsən: ‘Bu, çox önəmlidir’. Bilirsiniz, mənim zamanımda belə futbolçu kim ola bilərdi? Luis Sa”

Cari mövsümdə Şeşko “qırmızı şeytanlar”ın heyətində 15 oyunda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 30 iyun 2030-a qədər qüvvədədir.







İngiltərə P.L.

“Mançester Yunayted” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 02:16 31.12.2025
“Mançester Yunayted” evdə xal itirdi
 “Çelsi” evdə “Bornmut”la bacarmadı
  • İngiltərə P.L.
  • 02:14 31.12.2025
“Çelsi” evdə “Bornmut”la bacarmadı
“Mançester Yunayted" transfer etməyəcək
  • İngiltərə P.L.
  • 23:46 30.12.2025
“Mançester Yunayted" transfer etməyəcək
“Arsenal” yarımmüdafiəçisini itirdi
  • İngiltərə P.L.
  • 23:33 30.12.2025
“Arsenal” yarımmüdafiəçisini itirdi