16 avqust 2026. Bazar günü

Xesus zədədən sonra ilk qolunu vurdu, Kakanın sevincini təkrarladı


Xesus zədədən sonra ilk qolunu vurdu, Kakanın sevincini təkrarladı

“Arsenal”ın hücumçusu Qabriel Xesus ağır zədədən sonra ilk qolunu vuraraq,  “Milan”ın keçmiş yarımmüdafiəçisi və son “Qızıl Top” sahibi braziliyalı Kakanın performansını təkrarlayıb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli futbolçu İngiltərə Premyer Liqasının 19-cu turunda “Aston Villa” ilə oyunda (4:1) 77-ci dəqiqədə meydana daxil olub və 78-ci dəqiqədə qol vurub.

Qoldan sonra futbolçu formasını çıxarıb və altında “I belong to Jesus” yazılı ağ köynək olub (“Mən İsanınam”). 2007-ci ildə Kaka UEFA Çempionlar Liqasının finalında “Milan”ın “Liverpul” üzərində (2:1) qələbəsini məhz bu yazılı köynəkdə qeyd etmişdi.







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”
“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi