2 yanvar 2026. Cümə

“Çelsi” Mareska ilə yollarını ayırdı


“Çelsi” Mareska ilə yollarını ayırdı

“Çelsi” klubu baş məşqçisi Enzo Mareska əməkdaşlığa son qoyub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Çelsi futbol klubu və baş məşqçi Enzo Mareska əməkdaşlığa son veriblər. Klubdakı fəaliyyəti dövründə Enzo komandanı UEFA Konfrans Liqası və FİFA Klub Dünya Çempionatında qələbələrə aparıb. Bu nailiyyətlər klubun son tarixinin mühüm hissəsi olaraq qalacaq və biz onun klubun inkişafına verdiyi töhfəyə görə təşəkkür edirik. Komandanın hələ də dörd turnirdə (o cümlədən Çempionlar Liqasına vəsiqə) qarşısında əsas hədəflər durduğunu nəzərə alaraq, Enzo və klub məşqçi dəyişikliyinin mövsümü düzgün məcraya qaytarmaq üçün ən yaxşı şans olduğuna inanır. Biz Enzoya gələcək karyerasında uğurlar arzulayırıq”, — deyə “Çelsi”nin açıqlamasında bildirilir.

 İtaliyalı mütəxəssis “mavilər”i 2024-cü ilin yayından etibarən çalışdırırdı. O, daha əvvəl “Parma” və “Lester” klublarında fəaliyyət göstərib.







İngiltərə P.L.

 “Liverpul” doğma meydanda xal itirdi
  • İngiltərə P.L.
  • 23:33 01.01.2026
“Liverpul” doğma meydanda xal itirdi
“Çempionluq yarışı hələ açıqdır”
  • İngiltərə P.L.
  • 22:25 01.01.2026
“Çempionluq yarışı hələ açıqdır”
Mourinyo “Çelsi”yə qayıtmağa hazırdır
  • İngiltərə P.L.
  • 19:56 01.01.2026
Mourinyo “Çelsi”yə qayıtmağa hazırdır
“Çelsi” Mareska ilə yollarını ayırdı
  • İngiltərə P.L.
  • 19:21 01.01.2026
“Çelsi” Mareska ilə yollarını ayırdı