2 yanvar 2026. Cümə

“Rodrini yenidən əvvəlki kimi görmək istəyirəm”


“Rodrini yenidən əvvəlki kimi görmək istəyirəm”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın yarımmüdafiəçisi Rodri barədə fikirlərini bölüşüb.  

90deqiqe.Az xəbər verir ki, "City Report" çalışdırıcının dediklərini belə çatdırıb.

“Mənim istədiyim yeganə şey Rodrini xoşbəxt görməkdir. Bilirəm ki, onun dizində hər şey qaydasındadır. Əzələləri də normal vəziyyətdədir. Hamımızın tanıdığı Rodrini görmək istəyirəm — oyundan zövq alan, meydanda özünü rahat hiss edən Rodrini. Mən bunu ilk növbədə onun özü üçün arzulayıram. Əlbəttə, komanda üçün də vacibdir, bəlkə bu bir az eqoist səslənir. Ümid edirəm ki, Rodri addım-addım heyətə qayıdacaq, çünki ötən mövsüm biz onu çox hiss etdik. O, ardıcıl iki il komandamızın ən yaxşı futbolçusu olub”

Xatırladaq ki, ispaniyalı futbolçu daha əvvəl dizinin çarpaz bağlarını zədələmişdi.







İngiltərə P.L.

 “Liverpul” doğma meydanda xal itirdi
  • İngiltərə P.L.
  • 23:33 01.01.2026
“Liverpul” doğma meydanda xal itirdi
“Çempionluq yarışı hələ açıqdır”
  • İngiltərə P.L.
  • 22:25 01.01.2026
“Çempionluq yarışı hələ açıqdır”
Mourinyo “Çelsi”yə qayıtmağa hazırdır
  • İngiltərə P.L.
  • 19:56 01.01.2026
Mourinyo “Çelsi”yə qayıtmağa hazırdır
“Çelsi” Mareska ilə yollarını ayırdı
  • İngiltərə P.L.
  • 19:21 01.01.2026
“Çelsi” Mareska ilə yollarını ayırdı