21 fevral 2026. Şənbə

Mourinyo “Çelsi”yə qayıtmağa hazırdır


Mourinyo “Çelsi”yə qayıtmağa hazırdır

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi” klubundan təklif alacağı halda yenidən komandanın sükanı arxasına keçməyə razıdır.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Indykaila News" məlumat yayıb.

Portuqaliyalı mütəxəssis “Çelsi”ni karyerasında xüsusi yerə sahib klub hesab edir. Bununla belə, London təmsilçisinin rəhbərliyi Mourinyonun namizədliyinə tərəddüdlə yanaşır və komandanı daha müasir yanaşmaya malik baş məşqçiyə həvalə etməyi planlaşdırır.

Qeyd edək ki, Mourinyo “Çelsi”ni iki dəfə – 2004–2007 və 2013–2015-ci illərdə çalışdırıb. Cari mövsümdə Premyer Liqada 19 turdan sonra “Çelsi” 30 xalla beşinci pillədə qərarlaşıb və lider “Arsenal”dan 15 xal geri qalır.







İngiltərə P.L.

Noni Madueke kumirinin adını çəkib
  • İngiltərə P.L.
  • 23:37 20.02.2026
Noni Madueke kumirinin adını çəkib
“Əsas məqsədimiz nəticə qazanmaqdır”
  • İngiltərə P.L.
  • 21:40 20.02.2026
“Əsas məqsədimiz nəticə qazanmaqdır”