- İngiltərə P.L.
- 23:59 01.01.2026
“Liverpul”un baş məşqçisi Arne Slot Florian Virtsin İngiltərəyə uyğunlaşması ilə onun oyunlardakı vəziyyəti arasındakı əlaqə barədə fikirlərini bölüşüb.
90deqiqe.Az xəbər verir ki, çalışdırıcı bu barədə jurnalistlərə açıqlamasında deyib.
“Bu suala ən doğru cavabı verə biləcək yeganə şəxs elə özüdür. Mən isə bunu yalnız şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm. Başqa bir ölkədə ilk bir neçə ay hər şey fərqli olur. Həyatın tamamilə dəyişir. Məşqçi üçün bu, bəlkə də o qədər böyük problem deyil, çünki meydana çıxmır, amma bəzi insanların həm meydanda, həm də meydandan kənarda uyğunlaşmaq üçün vaxta ehtiyac duyduğunu başa düşürəm”, — deyə Slot klubun rəsmi saytına açıqlamasında bildirib.
Mütəxəssis əlavə edib: “Xaricdən gələn futbolçular üçün ən əsas uyğunlaşma məhz bu liqanın intensivliyidir. Mən Florianı pis oynadığı üçün meydandan çıxarmadım. Onu əvəzlədim, çünki demək olar ki, qaçmağa davam edə bilmirdi”.
Qeyd edək ki, ötən yay “Bayer” klubundan 125 milyon avro qarşılığında transfer olunan Florian Virts cari mövsümdə bütün turnirlər üzrə 22 oyunda meydana çıxıb və 6 məhsuldar ötürmə ilə yadda qalıb.