- İngiltərə P.L.
- 23:59 01.01.2026
“Liverpul”un baş məşqçisi Arne Slot yarımmüdafiəçi Kortis Consin çıxışı və oyun məsuliyyəti barədə fikirlərini bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
“Məncə, bu, həmişə onun əsas xüsusiyyətlərindən biri olub — o, vəziyyətdən asılı olmayaraq topa sahib olmaq istəyir. Bəzən daha ağıllı olar ki, topdan uzaq dursun və ya çətin vəziyyətlərə düşməsin, amma o həqiqətən mürəkkəb situasiyalardan çıxmağı bacarır. Məsələn, “Vulverhempton”la oyun zamanı o, topu Qravenberxa ötürməyi bacardı.Mənim üçün ən əsas və müsbət məqam odur ki, o, indi ardıcıl 4–5 oyunu yüksək səviyyədə keçirmək iqtidarındadır”.
Qeyd edək ki, cari mövsümdə 24 yaşlı Kortis Cons 23 oyunda meydana çıxıb, 3 sarı vərəqə alıb və məhsuldar ötürmə və ya qol ilə yadda qalmayıb.