12 fevral 2026. Cümə axşamı

“Onun transferi ilə bağlı hələ dəqiq məlumat yoxdur”


“Onun transferi ilə bağlı hələ dəqiq məlumat yoxdur”

“Kristal Pelas”ın baş məşqçisi Oli̇ver Qlasner “Fulhem”lə oyundan əvvəl keçirdiyi mətbuat konfransında “Tottenhem”in hücumçusu Brennan Consonun klubuna keçidi ilə bağlı detalları açıqlamayıb.

90deqiqe.Az xəbər verir ki, "Bein Sports" sabiq futbolçunun dediklərini belə çatdırıb.

 “Görək nə baş verəcək. Futbolda növbəti çılğın ay başlayır. Mən çox fərqli situasiyaları yaşamışam: futbolçunun artıq burada olduğunu düşünmüşəm, amma o gəlməyib, ya da qalacağına əmin olmuşam, amma gedib”

“Hər şey mümkündür. Bu gün dediklərim 2 gün sonra doğru olmaya bilər. Buna görə də mən çox narahat deyiləm və buna görə də bunu açıq şəkildə danışmaq istəmirəm”, — Qlasner vurğulayıb.

Əvvəlki məlumatlara görə, “qartallar” və “spurs” Consonun transferi üzrə 40 milyon avroluq razılığa gəlsələr də, futbolçu hələ gələcəyi barədə qərar verməyib.

Qeyd edək ki, Conson 2024/25 mövsümündə “Tottenhem”in ən yaxşı bombardiri olub və Avropa Liqasının finalında “Mançester Yunayted”ə qarşı qalib qol vurub. Lakin cari mövsümdə ona oyun zamanı kifayət qədər şans verilmir.







İngiltərə P.L.

“Liverpul”a bir qol bəs etdi
  • İngiltərə P.L.
  • 02:14 12.02.2026
“Liverpul”a bir qol bəs etdi
“Aston Villa” 3 xalı tək qolla qazandı
  • İngiltərə P.L.
  • 01:39 12.02.2026
“Aston Villa” 3 xalı tək qolla qazandı