2 yanvar 2026. Cümə

“Birlikdə iki titul qazandıq, bunu unutmayacağam”


“Birlikdə iki titul qazandıq, bunu unutmayacağam”

“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes komandanın baş məşqçisi vəzifəsindən ayrılan Enzo Mareskaya müraciət edib.  

90deqiqe.Az-ın məlumatına görə, argetinalı futbolçu bu barədə sosial şəbəkədə paylaşdığı mesajda yazıb:

“Mister, hər şey üçün təşəkkür edirəm. Çox şey öyrəndim və bu təcrübəni, hər bir məsləhətinizi yüksək qiymətləndirirəm. Sizə və məşqçi heyətinizə ən yaxşılarını arzulayıram. Birlikdə iki titul qazandıq və bunu heç vaxt unutmayacağam. Böyük uğurlar sizə! Ümid edirəm yollarımız gələcəkdə yenidən kəsişər. Sizi sıx qucaqlayıram.”

Yarımmüdafiəçi paylaşımına artıq sabiq olan baş məşqçi ilə birgə çəkilmiş foto da əlavə edib.

Londondakı klub cümə günü italiyalı mütəxəssisin istefasını açıqlayıb.Enzo Mareska “Çelsi”də vəzifəyə 2024-cü ilin yayından başlayıb.







İngiltərə P.L.

 “Liverpul” doğma meydanda xal itirdi
  • İngiltərə P.L.
  • 23:33 01.01.2026
“Liverpul” doğma meydanda xal itirdi
“Çempionluq yarışı hələ açıqdır”
  • İngiltərə P.L.
  • 22:25 01.01.2026
“Çempionluq yarışı hələ açıqdır”
Mourinyo “Çelsi”yə qayıtmağa hazırdır
  • İngiltərə P.L.
  • 19:56 01.01.2026
Mourinyo “Çelsi”yə qayıtmağa hazırdır
“Çelsi” Mareska ilə yollarını ayırdı
  • İngiltərə P.L.
  • 19:21 01.01.2026
“Çelsi” Mareska ilə yollarını ayırdı