21 fevral 2026. Şənbə

"Mareska mənim ardımcıma gələcəkmi?"


"Mareska mənim ardımcıma gələcəkmi?"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola, Enzo Mareskanın klubun növbəti baş məşqçisi olacağı barədə yayılan şayiələrə münasibət bildirib.

90deqiqe.Az-ın məlumatına görə, ispaniyalı çalışdırıcı, bu mövzu ilə bağlı verilən suala cavab olaraq:

“Mareska mənim yerimə gələcək? Mən heç nə bilmirəm. Əminəm ki, sizdə məndən daha çox məlumat var. Mənim fikrimcə, bu sadəcə şayiədir. Bunu nəzərə alaraq, istəyirsinizsə, məni işdən çıxardın? Yox? Yaxşı”, – deyə Qvardiola gülərək cavab verib.

Qeyd edək ki, 4 yanvar tarixində “Mançester Siti” öz meydanında “Çelsi”yə qarşı Premyer Liqa matçı keçirəcək. Yeni ilin ilk günü isə London təmsilçisi Mareska ilə yollarını ayırdığını açıqlamışdı.

Hazırda “Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində 2-ci sırada yer alır. Komanda “Arsenal”dan 4 xal geridədir.

 







İngiltərə P.L.

Noni Madueke kumirinin adını çəkib
  • İngiltərə P.L.
  • 23:37 20.02.2026
Noni Madueke kumirinin adını çəkib
“Əsas məqsədimiz nəticə qazanmaqdır”
  • İngiltərə P.L.
  • 21:40 20.02.2026
“Əsas məqsədimiz nəticə qazanmaqdır”