16 avqust 2026. Bazar günü

"Arsenal"ın çempionluğa gedən yolunda böyük fürsət var"


"Arsenal"ın çempionluğa gedən yolunda böyük fürsət var"

"Arsenal" komandasının baş məşqçisi Mikel Arteta, komandasının bu mövsüm çempionluğa nail olma şanslarının yüksək olduğunu bildirib.

 

90deqiqe.Az xəbər verir ki, "ESPN" təcrübəli çalışdırıcının dediklərini belə çatdırıb.

"Bu statistikadan xəbərim yox idi, amma indi düzəltmək istəyirəm. Gəlin bu lənəti sındıraq. Hələ 5 ay var. Hər gün bir addım ataraq məqsədimizə doğru irəliləyək və indiki vəziyyətimizdən həzz alaq"

Son 23 ildə "Arsenal" 5 dəfə il sonunu cədvəlin zirvəsində başa vurub, lakin heç birində çempionluğa nail ola bilməyib.

Hazırda "Arsenal", "Mançester Siti"ni 4 xal qabaqlayır. Sonuncu isə "Sanderlend"lə 0:0 bərabərə qalıb. "Arsenal" isə "Aston Villa" üzərində 4:1-lik möhtəşəm qələbə qazanıb.

 







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”
“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi