- İngiltərə P.L.
- 23:39 04.01.2026
“Aston Villa”nın baş məşqçisi Unay Emeri İngiltərə Premyer Liqasının 20-ci turunda “Nottinghem Forest” üzərində qazanılan 3:1 hesablı qələbədən sonra duyğularını bölüşüb.
90deqiqe.Az-ın məlumatına görə, çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.
“Çox xoşbəxtəm və burada, Villa Park stadionunda, azarkeşlərimizin yanında daha da xoşbəxtəm. Onlar bizə inanılmaz enerji verdilər. Bizim etdiyimiz hər şeydən və rəqiblərə qarşı göstərdiyimiz mübarizədən qürur duyurlar. Bu enerjini onlara çatdırmaq və onlarla əlaqə qurmaq üçün çalışırıq. Onların reaksiyası sadəcə fantastikdir. Bu cür atmosfer yaratmaq bizim üçün çox vacibdir.
Bu, uğurun açarıdır. Biz burada belə çıxış edirik, çünki birik. Bu gün üç xal qazanmağımız isə həqiqətən möhtəşəmdir. “Arsenal”a qarşı Londonda aldığımız məğlubiyyətdən sonra formamızı bərpa etdik və turnir cədvəlində mövqeyimiz sadəcə fantastikdir”
20 turdan sonra “Aston Villa” İngiltərə Premyer Liqasında 42 xalla ikinci pillədə qərarlaşıb.