21 fevral 2026. Şənbə

“Arsenal”dan çətin qələbə


“Arsenal”dan çətin qələbə

2025/2026 mövsümünün İngiltərə Premyer Liqasının 20-ci turunda “Bornmut” öz meydanında “Arsenal”ı qəbul edib.

90deqiqe.Az-ın məlumatına görə, “Vitality” stadionunda keçirilən görüşdə London komandası 3:2 hesablı qələbə qazanıb. 

Görüşün 10-cu dəqiqəsində Evanilson ev sahiblərini önə çıxarıb. 16-cı dəqiqədə Qabriel hesabı bərabərləşdirib. Deklan Rays 54-cü dəqiqədə qonaqlara üstünlük gətirib, 71-ci dəqiqədə isə ikinci qolunu vuraraq fərqi artırıb. 76-cı dəqiqədə Eli Krupi “Bornmut”un hesabı azaltmaqla 2:3 nəticəsini müəyyənləşdirib.

Bu nəticədən sonra “Bornmut” 23 xalla Premyer Liqada 15-ci pillədə qərarlaşıb. “Arsenal” isə 48 xalla turnir cədvəlində lider mövqeyini qoruyub.







İngiltərə P.L.

Noni Madueke kumirinin adını çəkib
  • İngiltərə P.L.
  • 23:37 20.02.2026
Noni Madueke kumirinin adını çəkib
“Əsas məqsədimiz nəticə qazanmaqdır”
  • İngiltərə P.L.
  • 21:40 20.02.2026
“Əsas məqsədimiz nəticə qazanmaqdır”