16 avqust 2026. Bazar günü

“Tottenhem” evdə xal itirdi


“Tottenhem” evdə xal itirdi

İngiltərə Premyer Liqasının 20-ci turunda “Tottenhem” və “Sanderlend” komandaları qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, görüş Londonda, “Tottenhem Hotspur” stadionunda keçirilib. Matçın baş hakimi Stüart Atvell olub. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Görüşün ilk qolunu “Tottenhem”in müdafiəçisi Ben Devis 30-cu dəqiqədə vurub. İkinci hissədə isə 80-ci dəqiqədə qonaq komandanın hücumçusu Bryan Brobbi hesabı bərabərləşdirib.

Bu nəticə ilə “Tottenhem” 27 xalla Premyer Liqa cədvəlinin 10-cu pilləsində yer alır. “Sanderlend” isə 30 xalla 7-ci mövqedədir.







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”
“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi