- İngiltərə P.L.
- 23:50 20.02.2026
İngiltərə Premyer Liqasının 20-ci turunda “Fulhem” və “Liverpul” komandaları qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, görüş Londonda, “Craven Cottage” stadionunda keçirilib və oyunun baş hakimi Kraiq Pavson olub. Matç 2:2 hesabı ilə tamamlanıb.
İlk qolu “Fulhem”in hücumçusu Qarri Uilson 17-ci dəqiqədə vurub. İkinci hissənin 57-ci dəqiqəsində “Liverpul”un yarımmüdafiəçisi Florian Virts hesabı bərabərləşdirib. Matçın sonunda, 90+4-cü dəqiqədə, qonaqların yarımmüdafiəçisi Kodi Qakpo “Liverpul”u irəli çıxarıb. Lakin oyunun 90+7-ci dəqiqəsində “Fulhem”in yarımmüdafiəçisi Harrison Reed bərabərlik qolunu vuraraq hesabı 2:2-yə çatdırıb.
Bu nəticə ilə “Fulhem” 28 xalla 11-ci sırada yer alır. “Liverpul” isə 34 xalla 4-cü mövqedə qərarlaşıb.