7 may 2026. Cümə axşamı

"Lids" 2001-ci ildən bəri ən yaxşı məğlubiyyətsiz seriyasını keçirib


"Lids" 2001-ci ildən bəri ən yaxşı məğlubiyyətsiz seriyasını keçirib

İngiltərənin “Lids” klubu öz evində “Mançester Yunayted”i qəbul edərək 1:1 hesabı ilə heç-heçə edib.

90deqiqe.Az-ın məlumatına görə, bu nəticə “Lids”in ardıcıl yeddinci oyunda məğlubiyyətdən qaçmasına imkan verib. Bu cür uğurlu seriyanı klub sonuncu dəfə təxminən 25 il əvvəl yaşayıb - “Lids” 2001-ci ilin noyabr ayında sonuncu dəfə yeddi matçda ardıcıl məğlub olmamışdı.

Hazırda “Lids” Premyer Liqada 16-cı sıradadır. Sonuncu dəfə “Lids” İngiltərə çempionu 1992-ci ildə olub.







İngiltərə P.L.