16 avqust 2026. Bazar günü

“Mançester Siti” – “Çelsi” oyununda qalib müəyyənləşmədi


“Mançester Siti” – “Çelsi” oyununda qalib müəyyənləşmədi

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 20-ci turu çərçivəsində “Mançester Siti” və “Çelsi” komandaları arasında keçirilən oyun başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə, Mançesterdə yerləşən “Etihad” stadionunda baş tutan qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Görüşün baş hakimi Aşinqtondan olan Maykl Oliver olub.

Matçın 42-ci dəqiqəsində Teyani Reynders “şəhərlilər”i hesabda önə çıxarıb. Oyunun son anlarında, 90+4-cü dəqiqədə isə Enso Fernandes qonaqların bərabərlik qolunu vurub.

Bu nəticədən sonra “Mançester Siti” 42 xalla Premyer Liqanın turnir cədvəlində 2-ci pillədə qərarlaşıb. “Çelsi” isə 31 xalla 5-ci yerdə mövqeyini qoruyur.

Növbəti turda, 7 yanvar tarixində “Mançester Siti” doğma meydanda “Brayton”u qəbul edəcək. “Çelsi” isə həmin gün “Fulhem”lə qarşılaşacaq.







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”
“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi