14 may 2026. Cümə axşamı

“Mançester Yunayted” baş məşqçisiz qaldı


“Mançester Yunayted” baş məşqçisiz qaldı

“Mançester Yunayted” klubu Ruben Amorimin əsas komandanın baş məşqçisi vəzifəsindən azad edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Portuqaliyalı mütəxəssis “Mançester Yunayted”də fəaliyyətinə 2024-cü ilin noyabrında başlamışdı. O, İngiltərə klubuna qədər Lissabonun “Sportinq” komandasını çalışdırıb və bu kollektivlə Portuqaliya çempionu adını qazanmışdı.

Hazırda “qırmızı şeytanlar” İngiltərə Premyer Liqasının turnir cədvəlində 20 oyundan sonra 31 xalla 5-ci pillədə qərarlaşıb. Mançester təmsilçisi lider “Arsenal”dan 17 xal geri qalır.

Premyer Liqanın növbəti turunda “Mançester Yunayted” səfərdə “Bernli” ilə qarşılaşacaq. Daha əvvəl yayılan məlumata görə, Ruben Amorimin istefasından sonra əsas komandaya müvəqqəti olaraq Darren Fletçer rəhbərlik edəcək.







İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi