- İngiltərə P.L.
- 23:42 06.01.2026
“Mançester Yunayted” klubunun baş məşqçi postu üçün Oliver Qlasnerin namizədliyi nəzərdən keçirilir.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə "The Independent" nəşri məlumat yayıb. Mənbəyə görə, klub rəhbərliyi onu vəzifəsindən azad edilən Ruben Amorimin əsas əvəzləyicisi kimi görür.
Hazırda “Kristal Pelas”a rəhbərlik edən Qlasner yaxın zamanda mankunianların yeni baş məşqçisi ola bilər.
Bildirilir ki, baş məşqçi postu üçün digər namizədlər arasında “İpsviç”in baş məşqçisi Kiran Makkenna və daha əvvəl “Çelsi”dən ayrılan Enso Mareska da yer alır. Bundan əlavə, hazırda Almaniya millisinin sükanı arxasında olan Yulian Naqelsmanın da “Mançester Yunayted” üçün potensial variant olduğu istisna edilmir. Klubun idman direktoru Kristofer Vivell Naqelsmanın işi ilə yaxından tanışdır.
Qeyd edək ki, bu gün Ruben Amorimin “Mançester Yunayted”in baş məşqçisi vəzifəsindən azad edildiyi rəsmi şəkildə açıqlanıb.