16 avqust 2026. Bazar günü

Sulşer “Mançester Yunayted”ə geri qayıtmağa hazırdır


Sulşer “Mançester Yunayted”ə geri qayıtmağa hazırdır

“Mançester Yunayted” Ruben Amorimlə yolları ayırdıqdan sonra yeni baş məşqçi axtarışını davam etdirir.

90deqiqe.Az-ın "Manchester World"a istinadən məlumatına görə, komandanın qeyri-sabit nəticələri klub rəhbərliyini köklü dəyişiklik etməyə vadar edib.

Keçmiş baş məşqçi Ule Qunnar Sulşer “qırmızı şeytanlar”ın sükanı arxasına yenidən keçməkdə maraqlıdır. Norveçli mütəxəssis mövsümün sonuna qədər müvəqqəti baş məşqçi vəzifəsini icra etməyə hazır olduğunu bildirib.

Bununla belə, Sulşerin klubun namizədlər siyahısına daxil olub-olmayacağı hələlik bəlli deyil.

Qeyd edək ki, hazırda Ule Qunnar Sulşer məşqçi fəaliyyəti ilə məşğul deyil. O, yayda “Beşiktaş”dan ayrılıb.

Hazırda “Mançester Yunayted” İngiltərə Premyer Liqasının cədvəlində 6-cı pillədə qərarlaşıb.







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”
“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi