14 may 2026. Cümə axşamı

Castin Kluyvert əməliyyat olunacaq


Castin Kluyvert əməliyyat olunacaq

İngiltərənin “Bornmut” futbol klubunun hücumçusu Castin Kluyvert əməliyyat olunacaq.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klubun yaydığı açıqlamada bildirilir:

“‘Bornmut’ futbol klubu ötən həftəsonu Premyer Liqada ‘Arsenal’a qarşı keçirilən oyunda sol dizindən zədə alan Castin Klyuyvertin əməliyyat olunacağını təsdiqləyir.

Bununla əlaqədar olaraq 26 yaşlı futbolçunu müəyyən bərpa dövrü gözləyir və o, bu müddət ərzində yaşıl meydanlardan kənarda qalacaq. Klyuyvert klubun tibbi və məşqçi heyətinin tam dəstəyi ilə reabilitasiya prosesinə başlayacaq.

‘Bornmut’dakı hər kəs Castinə tezliklə sağalmasını arzulayır və onun meydanlara qayıdışını səbirsizliklə gözləyir”.

Futbolçunun meydanlara dönüş tarixi hələlik açıqlanmayıb.

Qeyd edək ki, niderlandlı futbolçu Premyer Liqanın 20-ci turu çərçivəsində “Arsenal”la keçirilən və 2:3 hesablı məğlubiyyətlə başa çatan oyunda zədə alıb. Klyuyvert görüşün 74-cü dəqiqəsində meydanı tərk edib.







İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi