14 may 2026. Cümə axşamı

Maynu, Uqarte və Zirkzi Amorimlə işləmək istəmirmiş


Maynu, Uqarte və Zirkzi Amorimlə işləmək istəmirmiş

“Mançester Yunayted”in yarımmüdafiəçiləri Kobbi Maynu və Manuel Uqarte, eləcə də hücumçu Coşua Zirkzi portuqaliyalı mütəxəssis Ruben Amorim klubda fəaliyyətini davam etdirəcəyi təqdirdə komandanı tərk etməyə hazır olublar.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

 Mənbənin məlumatına görə, Amorim meydandan kənar davranışları ilə tez-tez “emosional vulkan”a çevrilib. Bildirilir ki, klub rəhbərliyi onun davranışlarından istefadan xeyli əvvəl narazı idi. Xüsusilə 2025-ci ilin yanvarında Amorimin komandasının bəlkə də tarixdəki ən zəif “Mançester Yunayted” olduğunu deməsi həm rəhbərlik, həm də futbolçular tərəfindən mənfi qarşılanıb.

Xatırladaq ki, 5 yanvar, bazar ertəsi “qırmızı şeytanlar” Amorimlə əməkdaşlığa son qoyulduğunu rəsmən açıqlayıb. Portuqaliyalı məşqçi 2024-cü ilin noyabrından etibarən “Mançester Yunayted”ə rəhbərlik edirdi.

Qeyd olunur ki, məhz bu açıqlamalar mankunianlar arasında ciddi narazılıq yaradıb.







İngiltərə P.L.

 “Arsenal”dan çətin qələbə
  • İngiltərə P.L.
  • 21:37 10.05.2026
“Arsenal”dan çətin qələbə
“Nyukasl” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:40 10.05.2026
“Nyukasl” səfərdə xal itirdi
 “Aston Villa” səfərdə xal itirdi
  • İngiltərə P.L.
  • 20:31 10.05.2026
“Aston Villa” səfərdə xal itirdi