22 fevral 2026. Bazar günü

“Çelsi”ni layiq olduğu yerdə qoyaraq ayrılıram"


“Çelsi”ni layiq olduğu yerdə qoyaraq ayrılıram"

“Çelsi”nin sabiq baş məşqçisi Enso Mareska London klubu ilə vidalaşıb. 

90deqiqe.Az-ın məlumatına görə, Mareska sosial şəbəkə hesabında paylaşdığı vida mesajında bunları yazıb:

“Bu dünyanı ona gəldiyiniz vaxtdan bir qədər də yaxşı vəziyyətdə tərk edin.

‘Çelsi’ ilə yolum Konfrans Liqasının seçmə mərhələlərindən başladı. Daxili rahatlıq hissi ilə ayrılıram, çünki ‘Çelsi’ kimi nüfuzlu bir klubu layiq olduğu yerdə qoyaraq gedirəm.

Son 18 ay ərzində göstərdikləri dəstəyə görə bütün ‘Çelsi’ azarkeşlərinə təşəkkür edirəm. Bu dəstək Çempionlar Liqasına vəsiqə qazanılmasında, Konfrans Liqasının və klub dünya çempionatının əldə edilməsində həlledici rol oynadı. Bu qələbələr mənim üçün həmişə xüsusi xatirə olaraq qalacaq.

Bu möhtəşəm yolçuluqda mənimlə birgə olan bütün futbolçulara xüsusi təşəkkürümü bildirirəm. Hər anı mənimlə bölüşən hər kəsə mövsümün ikinci yarısında və gələcəkdə uğurlar arzulayıram. Təşəkkürlər, ‘Çelsi’ — məndən və ailəmdən.”

Xatırladaq ki, italiyalı mütəxəssis 2024-cü ilin yayından etibarən “mavilər”ə rəhbərlik edirdi və 1 yanvar, cümə axşamı klub onunla əməkdaşlığa son qoyulduğunu rəsmən açıqlamışdı.

Qeyd edək ki, Enso Mareskanın “Çelsi” ilə gələcək planları barədə hələlik rəsmi məlumat açıqlanmayıb.







İngiltərə P.L.

"Biz qalib gəlməyə layiq deyildik"
  • İngiltərə P.L.
  • 23:14 22.02.2026
"Biz qalib gəlməyə layiq deyildik"
 "Liverpul"a bir qol bəs etdi
  • İngiltərə P.L.
  • 22:25 22.02.2026
"Liverpul"a bir qol bəs etdi
Fofana "Çelsi"dən ayrılmaq qərarına gəlib
  • İngiltərə P.L.
  • 17:34 22.02.2026
Fofana "Çelsi"dən ayrılmaq qərarına gəlib
Rosenyorun "Çelsi"dəki gələcəyi bəlli oldu
  • İngiltərə P.L.
  • 15:55 22.02.2026
Rosenyorun "Çelsi"dəki gələcəyi bəlli oldu
“Çelsi” rekord göstəricilərə imza atıb
  • İngiltərə P.L.
  • 22:24 21.02.2026
“Çelsi” rekord göstəricilərə imza atıb
 "Çelsi" evdə "Börnli" ilə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 21:06 21.02.2026
"Çelsi" evdə "Börnli" ilə heç-heçə etdi