22 fevral 2026. Bazar günü

"Yeni transferlərin komandaya ciddi töhfə verəcəyinə inanıram"

Yanvarın 6-da baş tutacaq və Moskva vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşma öncəsi


"Yeni transferlərin komandaya ciddi töhfə verəcəyinə inanıram"

“Vest Hem”in baş məşqçisi Nunu Eşpiritu Santuş İngiltərə Premyer Liqasının 21-ci turunda “Nottingem Forest”lə keçiriləcək oyun ərəfəsində mətbuat nümayəndələri ilə görüşüb.

 90deqiqe.Az "BBC"yə istinadən xəbər verir ki, qarşılaşma öncəsi mütəxəssis bildirib ki, Jan-Kler Todibo və Lukas Paketa “Vulverhempton”la uduzulan oyunu buraxdıqdan sonra optimal formaya qayıtmaq üçün ciddi şəkildə çalışırlar. Futbolçuların matçda iştirak edib-etməyəcəyi ilə bağlı yekun qərar çərşənbə axşamı veriləcək.

Yanvar transfer pəncərəsində komandaya qoşulan hücumçular Tati Kastelyano və Pablo Felipenin isə “çəkiclilər” üçün vacib rol oynayacağı gözlənilir.

“Gördüyüm qədərilə komandaya kömək edə biləcək iki futbolçu gəlib. Yeni gələnlərdən dəstək almağa ehtiyacımız var, amma eyni zamanda biz özümüz də inkişaf etməli və vəziyyəti yaxşılaşdırmalıyıq”.

Portuqaliyalı çalışdırıcı əlavə edib ki, bu iki oyunçunun komandaya yeni impuls verəcəyinə inanır:
“Çoxlu adlar var idi, lakin məhz onların real təsir göstərə biləcəyini düşünürəm. İki futbolçu transfer etmişik, amma hələ də daha çox güclənməyə ehtiyac var. Klub bu istiqamətdə işləyir”.

Rəqib barədə də danışan Nunu “Nottingem Forest”ə hörmətlə yanaşdığını vurğulayıb:

“‘Nottingem’ə olan sevgimi və hörmətimi hamı bilir. Onlar istedadlı futbolçulara malik yaxşı komandadır. Üstəlik, təcrübəli baş məşqçi Şon Dayç var. Çətin oyun olacaq”.

Qeyd edək ki, hazırda “Vest Hem” Premyer Liqanın turnir cədvəlində 14 xalla 18-ci pillədə yer alır. “Nottingem Forest” isə 18 xalla 17-ci mövqedə qərarlaşıb.







İngiltərə P.L.

Fofana "Çelsi"dən ayrılmaq qərarına gəlib
  • İngiltərə P.L.
  • 17:34 22.02.2026
Fofana "Çelsi"dən ayrılmaq qərarına gəlib
Rosenyorun "Çelsi"dəki gələcəyi bəlli oldu
  • İngiltərə P.L.
  • 15:55 22.02.2026
Rosenyorun "Çelsi"dəki gələcəyi bəlli oldu
“Çelsi” rekord göstəricilərə imza atıb
  • İngiltərə P.L.
  • 22:24 21.02.2026
“Çelsi” rekord göstəricilərə imza atıb
 "Çelsi" evdə "Börnli" ilə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 21:06 21.02.2026
"Çelsi" evdə "Börnli" ilə heç-heçə etdi
Milner Premyer Liqada yeni rekorda imza atıb
  • İngiltərə P.L.
  • 20:17 21.02.2026
Milner Premyer Liqada yeni rekorda imza atıb
Qvardiola FİFA və UEFA-ya müraciət etdi
  • İngiltərə P.L.
  • 14:52 21.02.2026
Qvardiola FİFA və UEFA-ya müraciət etdi