16 avqust 2026. Bazar günü

“Çelsi”nin yeni baş məşqçisi bilindi


“Çelsi”nin yeni baş məşqçisi bilindi

“Çelsi” klubunda baş məşqçi postuna Liam Rozenyor gətirilib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İngiltərəli mütəxəssislə 2032-ci ilin yayına qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalanıb.

41 yaşlı Rozenyor daha əvvəl İngiltərənin aşağı liqalarında çıxış edən “Derbi” və “Hall Siti” klublarında çalışıb. 2024-cü ildən etibarən isə Fransanın “Strasburq” komandasına rəhbərlik edib. Qeyd edək ki, “Strasburq” ümumi sahiblərə malik olduğu üçün faktiki olaraq “Çelsi”nin farm-klubu hesab olunur.

Rozenyorun rəhbərliyi altında “Strasburq” cari mövsümdə Konfrans Liqasının qrup mərhələsini qalib başa vurub və hazırda Fransa Liqa 1-də yeddinci pillədə qərarlaşıb.

Xatırladaq ki, “Çelsi” daha əvvəl baş məşqçi vəzifəsindən Enzo Mareskanı istefaya göndərmişdi.







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”
“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi