22 fevral 2026. Bazar günü

Semenyonun “Mançester Siti”yə transferi yaxınlaşır


Semenyonun “Mançester Siti”yə transferi yaxınlaşır

“Bornmut”un hücumçusu Antuan Semenyo “Mançester Siti”yə keçidi ərəfəsində tibbi müayinədən keçəcək.

 90deqiqe.Az "Sky Sports"a istinadən xəbər verir ki, tibbi baxış 8 yanvarda baş tutacaq.

Daha əvvəl yayılan xəbərlərə görə, “Mançester Siti” futbolçunun “Bornmut”la müqaviləsində nəzərdə tutulan 65 milyon funt sterlinq (təxminən 74,8 milyon avro) məbləğində sərbəstqalma haqqını ödəməyə razılaşıb.

Cari mövsümdə İngiltərə Premyer Liqasında 25 yaşlı Antuan Semenyo 19 oyunda iştirak edib, 9 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu həmçinin İngiltərə Liqa Kubokunda bir oyunda meydana çıxsa da, həmin görüşdə nəticə ilə fərqlənməyib.







İngiltərə P.L.

“Çelsi” rekord göstəricilərə imza atıb
  • İngiltərə P.L.
  • 22:24 21.02.2026
“Çelsi” rekord göstəricilərə imza atıb
 "Çelsi" evdə "Börnli" ilə heç-heçə etdi
  • İngiltərə P.L.
  • 21:06 21.02.2026
"Çelsi" evdə "Börnli" ilə heç-heçə etdi
Milner Premyer Liqada yeni rekorda imza atıb
  • İngiltərə P.L.
  • 20:17 21.02.2026
Milner Premyer Liqada yeni rekorda imza atıb
Qvardiola FİFA və UEFA-ya müraciət etdi
  • İngiltərə P.L.
  • 14:52 21.02.2026
Qvardiola FİFA və UEFA-ya müraciət etdi