8 yanvar 2026. Cümə axşamı

"Futbolçular Afrika Millətlər Kubokunda çıxış edəndə vəziyyət daha da çətinləşir”


"Futbolçular Afrika Millətlər Kubokunda çıxış edəndə vəziyyət daha da çətinləşir”

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola “Mançester Yunayted”in sabiq baş məşqçisi Ruben Amorimin istefaya göndərilməsi ilə bağlı fikirlərini bölüşüb.  

90deqiqe.Az xəbər verir ki, "Manchester Evening News" çalışdırıcının dediklərini belə çatdırıb.

“Bəli, bu bir faktdır ki, məşqçilərə verilən vaxt getdikcə azalır. Oxşar vəziyyət Enso [Mareska] ilə də yaşandı. Enso kimi, Amorim də yüksək səviyyəli mütəxəssisdir. Qərarı qonşularımız verib və mən ona gələcək karyerasında yalnız uğurlar arzulayıram.

İngiltərə, İspaniya və Almaniyada vəziyyət demək olar ki, eynidir. Elə bir ölkə yoxdur ki, məşqçi oyunları qazanmadıqda özünü təhlükəsiz hiss etsin. Adətən nəticə yoxdursa, keçmişin və ya indinin əhəmiyyəti qalmır.

Səni ideyalarına görə işə götürürlər, nəticələrə görə isə işdən çıxarırlar. Bəzən prosesə və vaxta ehtiyac olur. ‘Yunayted’ evdə ardıcıl üç oyunu uda bilmədi — 70 dəqiqə 10 nəfərlə oynayan ‘Everton’a, ‘Bornmut’a və ‘Vulverhempton’a qarşı. Halbuki ‘Arsenal’a xallar baxımından yaxın ola bilərdilər, fərqlər çox az idi. Bundan əlavə, ‘Yunayted’in də hazırda bizim kimi çoxlu itkiləri var. Futbolçular Afrika Millətlər Kubokunda çıxış edəndə və əsas oyunçular əlçatan olmayanda vəziyyət daha da çətinləşir”, — deyə Qvardiola bildirib.

Qeyd edək ki, Mançester təmsilçisi bu qərarı yanvarın 5-də rəsmən açıqlayıb.Ruben Amorim “Mançester Yunayted”də gözlənilən nəticələri göstərə bilmədikdən sonra klub rəhbərliyi onunla yolları ayırmaq qərarına gəlib.







İngiltərə P.L.

 “Çelsi” səfərdə uduzdu
  • İngiltərə P.L.
  • 01:34 08.01.2026
“Çelsi” səfərdə uduzdu
“Mançester Siti” evdə xal itirdi
  • İngiltərə P.L.
  • 01:33 08.01.2026
“Mançester Siti” evdə xal itirdi
Haland "Mançester Siti"də 150-ci qolunu vurdu
  • İngiltərə P.L.
  • 00:47 08.01.2026
Haland "Mançester Siti"də 150-ci qolunu vurdu
“Tottenhem” klubunun əfsanəsi vəfat edib
  • İngiltərə P.L.
  • 22:21 07.01.2026
“Tottenhem” klubunun əfsanəsi vəfat edib