16 avqust 2026. Bazar günü

Van Nistelroy "Mançester Yunayted"i çalışdıra bilər


Van Nistelroy "Mançester Yunayted"i çalışdıra bilər

“Mançester Yunayted” rəhbərliyi mövsümün sonunadək müvəqqəti baş məşqçi postu üçün bir neçə namizədi nəzərdən keçirir.

90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, variantlardan biri də klubun sabiq hücumçusu Rud van Nistelroydur.

Nderlandlı mütəxəssis Ole Qunnar Sulşerlə birlikdə “qırmızı şeytanlar”ın qısa siyahısında yer alır. Bildirilir ki, norveçli çalışdırıcı klub rəhbərliyi ilə artıq danışıqlar aparıb. Bununla belə, van Nistelroyun da kluba əvvəlki bağlılığı və təcrübəsi nəzərə alınaraq namizədliyi ciddi şəkildə dəyərləndirilir.

Xatırladaq ki, 5 yanvar tarixində “Mançester Yunayted” portuqaliyalı mütəxəssis Ruben Amorimlə yollarını ayırıb. Amorim klubda bir ildən bir qədər artıq müddət çalışıb.







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”
“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi