23 fevral 2026. Bazar ertəsi

“Premyer Liqa son dərəcə balanslıdır”


“Premyer Liqa son dərəcə balanslıdır”

“Tottenhem”in baş məşqçisi Tomas Frank komandasının İngiltərə Premyer Liqasındakı turnir vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.  

90deqiqe.Az-ın məlumatına görə, çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Təsəvvür etmək çətin olmayan dərəcədə çılğın və son dərəcə balanslı liqadır. Mən dəfələrlə bildirmişəm ki, komandalar arasındakı rəqabət çox yüksəkdir. Aradakı fərqlər isə minimum səviyyədədir.

Məhz buna görə gələcəyə nikbin və pozitiv baxmalıyıq. Eyni zamanda harada olduğumuzu düzgün dərk etməli, inkişaf üçün ciddi şəkildə çalışmağa davam etməliyik. Qarşıda bizi çox güclü ‘Bornmut’ oyunu gözləyir. Son vaxtlar çox qələbə qazanmamış olsalar da, xüsusilə İraolanın rəhbərliyi altında olduqca rəqabətədavamlı komandadırlar. ‘Arsenal’la oyunlarını izlədim – çox çətin qarşılaşma idi və ‘Bornmut’ həmin matçdan ən azı nəsə qazana bilərdi”, – deyə Tomas Frank klubun rəsmi saytına açıqlamasında bildirib.

London təmsilçisi hazırda 20 oyundan 27 xal toplayaraq turnir cədvəlində 13-cü pillədə qərarlaşıb.







İngiltərə P.L.

Qvardiola qısa tətilə çıxdı
  • İngiltərə P.L.
  • 23:59 22.02.2026
Qvardiola qısa tətilə çıxdı
"Bu, Premyer Liqadır, asan deyil, amma..."
  • İngiltərə P.L.
  • 23:45 22.02.2026
"Bu, Premyer Liqadır, asan deyil, amma..."
"Biz qalib gəlməyə layiq deyildik"
  • İngiltərə P.L.
  • 23:14 22.02.2026
"Biz qalib gəlməyə layiq deyildik"
 "Liverpul"a bir qol bəs etdi
  • İngiltərə P.L.
  • 22:25 22.02.2026
"Liverpul"a bir qol bəs etdi
Fofana "Çelsi"dən ayrılmaq qərarına gəlib
  • İngiltərə P.L.
  • 17:34 22.02.2026
Fofana "Çelsi"dən ayrılmaq qərarına gəlib
Rosenyorun "Çelsi"dəki gələcəyi bəlli oldu
  • İngiltərə P.L.
  • 15:55 22.02.2026
Rosenyorun "Çelsi"dəki gələcəyi bəlli oldu
“Çelsi” rekord göstəricilərə imza atıb
  • İngiltərə P.L.
  • 22:24 21.02.2026
“Çelsi” rekord göstəricilərə imza atıb