23 fevral 2026. Bazar ertəsi

“Mançester Yunayted” Ferqyusondan sonra məşqçilərə 100 milyon ödəyib


“Mançester Yunayted” Ferqyusondan sonra məşqçilərə 100 milyon ödəyib

“Mançester Yunayted” klubunun sabiq baş məşqçisi Aleks Ferqyusonun gedişindən sonra texniki heyətlə bağlı xərcləri diqqət çəkən həddə çatıb.

90deqiqe.Az-ın məlumatına görə, İngiltərə nəhəngi bu müddət ərzində baş məşqçilər və onların məşqçi heyətlərinə ödənilən kompensasiyalar üçün təxminən 100 milyon funt sterlinq (təxminən 115 milyon avro) xərcləyib.

Yanvarın 5-də “Mançester Yunayted” portuqaliyalı baş məşqçi Ruben Amorimi vəzifəsindən azad edib. The Telegraph nəşrinin məlumatına görə, Amorim müqaviləsinin qalan bir il yarımı üçün 10 milyon funt sterlinq (təxminən 11,5 milyon avro) kompensasiya alacaq.

Aleks Ferqyusonun 2013-cü ildə klubdan ayrılmasından sonra “qırmızı şeytanlar” yalnız məşqçilər və onların heyətlərinə kompensasiya olaraq 78 milyon funt sterlinq (təxminən 90 milyon avro) ödəyib. Bu çərçivədə:

  • Devid Moyes – 4,9 milyon funt,

  • Luis van Qal – 8,4 milyon funt,

  • Joze Mourinyo – 19,6 milyon funt,

  • Ole-Qunnar Sulşer – 10 milyon funt,

  • Ralf Ranqnik – 14,7 milyon funt,

  • Erik ten Haq – 10 milyon funt kompensasiya alıb.

Bundan əlavə, klub məşqçilərin cəlb olunması, direktorların işə qəbulu və vəzifədən azad edilməsi ilə bağlı təxminən 21 milyon funt sterlinq (təxminən 24 milyon avro) əlavə vəsait xərcləyib. Ən yüksək məbləğ isə 2024-cü ildə Ruben Amorimin “Sportinq”dən transferi zamanı Portuqaliya klubuna ödənilən 11 milyon funt sterlinq olub.







İngiltərə P.L.

Qvardiola qısa tətilə çıxdı
  • İngiltərə P.L.
  • 23:59 22.02.2026
Qvardiola qısa tətilə çıxdı
"Bu, Premyer Liqadır, asan deyil, amma..."
  • İngiltərə P.L.
  • 23:45 22.02.2026
"Bu, Premyer Liqadır, asan deyil, amma..."
"Biz qalib gəlməyə layiq deyildik"
  • İngiltərə P.L.
  • 23:14 22.02.2026
"Biz qalib gəlməyə layiq deyildik"
 "Liverpul"a bir qol bəs etdi
  • İngiltərə P.L.
  • 22:25 22.02.2026
"Liverpul"a bir qol bəs etdi
Fofana "Çelsi"dən ayrılmaq qərarına gəlib
  • İngiltərə P.L.
  • 17:34 22.02.2026
Fofana "Çelsi"dən ayrılmaq qərarına gəlib
Rosenyorun "Çelsi"dəki gələcəyi bəlli oldu
  • İngiltərə P.L.
  • 15:55 22.02.2026
Rosenyorun "Çelsi"dəki gələcəyi bəlli oldu
“Çelsi” rekord göstəricilərə imza atıb
  • İngiltərə P.L.
  • 22:24 21.02.2026
“Çelsi” rekord göstəricilərə imza atıb