22 iyun 2026. Bazar ertəsi

Premyer Liqada çempionluğun əsas favoriti “Arsenal”dır


Premyer Liqada çempionluğun əsas favoriti “Arsenal”dır

"Opta" İngiltərə Premyer Liqasında çıxış edən klubların çempionluq şanslarını yenidən hesablayıb.  

90deqiqe.Az-ın məlumatına görə, hazırda turnir cədvəlinə ən yaxın izləyicisi “Mançester Siti”ni 6 xal qabaqlayan Londonun “Arsenal” klubu çempionluq yarışının əsas favoriti hesab olunur. “Topçular”ın Premyer Liqanı qazanmaq ehtimalı 84,8% olaraq göstərilib.

Son çempion “Mançester Siti”nin titul şansları isə xeyli azalaraq 10,9%-ə düşüb. “Aston Villa” üçün bu göstərici 4,2%, “Liverpul” və “Çelsi” üçün isə cəmi 0,1% təşkil edir.

Qeyd edək ki, Premyer Liqa tarixində oxşar vəziyyətlər də yaşanıb. Belə ki, 1997/98 mövsümündə “Mançester Yunayted” 20 turdan sonra ikinci yeri 6 xal qabaqlasa da, mövsümün sonunda çempionluğu məhz “Arsenal” qazanıb. 1995/96 mövsümündə “Nyukasl” 7 xallıq üstünlüyü əldən verərək “Mançester Yunayted”ə uduzub. 2018/19 mövsümündə isə “Liverpul”un 9 xallıq üstünlüyü Pep Qvardiolanın rəhbərlik etdiyi “Mançester Siti” tərəfindən aradan qaldırılıb.

Bu faktlar Premyer Liqada çempionluq mübarizəsinin sonadək yüksək gərginliklə davam etdiyini bir daha göstərir.







İngiltərə P.L.

"Hall Siti" sanksiya ilə üzləşə bilər
  • İngiltərə P.L.
  • 22:13 18.06.2026
"Hall Siti" sanksiya ilə üzləşə bilər