16 avqust 2026. Bazar günü

Haland "Mançester Siti"də 150-ci qolunu vurdu


Haland "Mançester Siti"də 150-ci qolunu vurdu

“Mançester Siti”nin hücumçusu Erlinq Haland klub üçün bütün turnirlərdə 150-ci qolunu vurub.

90deqiqe.Az xəbər verir ki, norveçli futbolçunun yubiley qoluna bu gün İngiltərə Premyer Liqasında “Brayton”la oyunda nail olunub: forvard 41-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirərək “şəhərlilər”i hesabda önə çıxarıb.

25 yaşlı oyunçu 150 qol həddinə çatmaq üçün cəmi 173 matçda iştirak edib. Erlinq Haland 2022-ci ilin yayında Dortmund “Borussiya”sından “Mançester Siti”yə keçib. Bugünkü qol həmçinin “Siti”nin lider hücumçusu üçün cari Premyer Liqa mövsümündə 21 oyuna 20-ci qol kimi qeydə alınıb.







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”
“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi