24 fevral 2026. Çərşənbə axşamı

“Çelsi” səfərdə uduzdu


 “Çelsi” səfərdə uduzdu

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 21-ci turunda “Fulhem” öz meydanında “Çelsi”ni qəbul edib.

90deqiqe.Az xəbər verir ki, Londonun “Craven Cottage” stadionunda baş tutan matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

22-ci dəqiqədə “Çelsi”nin müdafiəçisi Mark Kukurelyaya birbaşa qırmızı vərəqə göstərilib. 45+4-cü dəqiqədə isə “Fulhem”in hücumçusu Harri Uilsonun qolu VAR yoxlamasından sonra ləğv edilib. 55-ci dəqiqədə isə “Fulhem”in forvardı Raul Ximenes hesabı açıb. 72-ci dəqiqədə “Çelsi”nin hücumçusu Liam Delap bərabərlik qolunu vurub. 81-ci dəqiqədə Uilson ikinci dəfə fərqlənərək meydan sahiblərini önə çıxarıb.

Bu nəticədən sonra “Çelsi” 21 oyundan sonra 31 xalla 6-cı pillədə qalıb. Yeni baş məşqçi Liam Rosenyorun rəhbərliyi altında komandanın ilk matçı məhz bu nəticə ilə başa çatıb. “Fulhem” isə “Çelsi” ilə eyni xala malikdir və 8-ci pillədə qərarlaşıb.







İngiltərə P.L.

Qvardiola qısa tətilə çıxdı
  • İngiltərə P.L.
  • 23:59 22.02.2026
Qvardiola qısa tətilə çıxdı
"Bu, Premyer Liqadır, asan deyil, amma..."
  • İngiltərə P.L.
  • 23:45 22.02.2026
"Bu, Premyer Liqadır, asan deyil, amma..."
"Biz qalib gəlməyə layiq deyildik"
  • İngiltərə P.L.
  • 23:14 22.02.2026
"Biz qalib gəlməyə layiq deyildik"
 "Liverpul"a bir qol bəs etdi
  • İngiltərə P.L.
  • 22:25 22.02.2026
"Liverpul"a bir qol bəs etdi
Fofana "Çelsi"dən ayrılmaq qərarına gəlib
  • İngiltərə P.L.
  • 17:34 22.02.2026
Fofana "Çelsi"dən ayrılmaq qərarına gəlib