24 fevral 2026. Çərşənbə axşamı

“Bu məğlubiyyəti qəbul etmək çox çətindir, amma..."


“Bu məğlubiyyəti qəbul etmək çox çətindir, amma..."

“Çelsi”nin hücumçusu Liam Delap İngiltərə Premyer Liqasının 21-ci turunda “Fulhem”ə qarşı keçirilən və 1:2 hesabı ilə başa çatan oyundan sonra fikirlərini bölüşüb.  

90deqiqe.Az-ın məlumatına görə, futbolçu bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Əlbəttə, bu məğlubiyyəti qəbul etmək çox çətindir. Komanda olaraq sona qədər mübarizə apardıq və uzun müddət azlıqda oynadıq. Oyunçular inanılmaz ruh, inam və xarakter nümayiş etdirərək matça qayıtmağa çalışdılar. Rəqibin vurduğu iki qol sanki heç nədən yarandı. Biz oyuna yaxşı dönüş etdik, lakin futbolda bəzən belə hallar olur və əsas olan ruhdan düşməməkdir”, – deyə Delap bildirib.

Hücumçu həmçinin şəxsi durumuna da toxunub: “Mənim üçün mövsümün başlanğıcı bir neçə zədəyə görə çətin keçdi. Formaya düşmək və stabil oynamaq hər zaman asan olmur. Hazırda özümü daha yaxşı hiss etməyə başlamışam və ümid edirəm ki, bu vəziyyət mövsümün sonuna qədər davam edəcək”

Qarşılaşmada London klubunun yeganə qolunu məhz Delap vurub.







İngiltərə P.L.

Qvardiola qısa tətilə çıxdı
  • İngiltərə P.L.
  • 23:59 22.02.2026
Qvardiola qısa tətilə çıxdı
"Bu, Premyer Liqadır, asan deyil, amma..."
  • İngiltərə P.L.
  • 23:45 22.02.2026
"Bu, Premyer Liqadır, asan deyil, amma..."
"Biz qalib gəlməyə layiq deyildik"
  • İngiltərə P.L.
  • 23:14 22.02.2026
"Biz qalib gəlməyə layiq deyildik"
 "Liverpul"a bir qol bəs etdi
  • İngiltərə P.L.
  • 22:25 22.02.2026
"Liverpul"a bir qol bəs etdi
Fofana "Çelsi"dən ayrılmaq qərarına gəlib
  • İngiltərə P.L.
  • 17:34 22.02.2026
Fofana "Çelsi"dən ayrılmaq qərarına gəlib