16 avqust 2026. Bazar günü

“Mançester Siti”də özümü böyük bir ailənin üzvü kimi hiss edirəm"


“Mançester Siti”də özümü böyük bir ailənin üzvü kimi hiss edirəm"

“Mançester Siti”nin qapıçısı Canluici Donnarumma PSJ-dən “şəhərlilər”ə keçidinə peşman olub-olmaması ilə bağlı sualı cavablandırıb.

90deqiqe.Az-ın məlumatına görə, italiyalı qolkiper bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Bura gəlmək istədim, çünki hamı ‘Mançester Siti’ haqqında çox yaxşı fikirlər söyləyirdi. Həqiqət isə odur ki, burada möhtəşəm bir ailə tapdım və çox-çox xoşbəxtəm. Komandada əsl ailə ab-havası hökm sürür və özümü burada həqiqətən rahat hiss edirəm.

‘Siti’ tərəfindən ciddi maraq hiss edirdim və bu məni cəlb etdi. Pep Qvardiola kimi dünya səviyyəli bir məşqçinin məni komandasında görmək istəməsi qürurvericidir. ‘Mançester Siti’nin və bu böyük ailənin bir hissəsi olmaqdan son dərəcə xoşbəxt və qürurluyam”







İngiltərə P.L.

“Ümid edirik ki, qalacaq”
  • İngiltərə P.L.
  • 18:10 16.08.2026
“Ümid edirik ki, qalacaq”
“Çelsi” “Real Sosyedad”a qalib gəldi
  • İngiltərə P.L.
  • 22:16 15.08.2026
“Çelsi” “Real Sosyedad”a qalib gəldi