24 fevral 2026. Çərşənbə axşamı

 “Ayaks” “Mançester Yunayted”in futbolçusunu transfer etmək istəyir


 “Ayaks” “Mançester Yunayted”in futbolçusunu transfer etmək istəyir

 İngiltərənin “Mançester Yunayted” komandasında çıxış edən yarımmüdafiəçi Manuel Uqarte karyerasını “Ayaks” klubunda davam etdirə bilər.

 90deqiqe.Az-ın "Voetbal International"a istinadən məlumatına görə, Amsterdam təmsilçisi 24 yaşlı futbolçu ilə maraqlanır.

“Ayaks” klubu futbolçunun icarəyə götürülməsi ilə bağlı artıq onun agenti ilə də danışıqlara başlayıb.

Uruqvaylı yarımmüdafiəçi “Ayaks”a keçidə müsbət yanaşır. Lakin transferin reallaşmasına futbolçunun yüksək əməkhaqqı mane ola bilər. Bu məsələdə klublar arasında danışıqlar aparılmalıdır.

Qeyd edək ki, daha əvvəl mətbuatda Uqarte ilə Türkiyənin “Qalatasaray” klubunun da maraqlandığı barədə xəbərlər yayılmışdı.

Cari mövsümdə Manuel Uqarte bütün turnirlərdə 16 oyunda iştirak etsə də, məhsuldar göstəricilərlə yadda qalmayıb. Futbolçunun “Mançester Yunayted”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir. Transfermarkt portalının məlumatına əsasən, onun bazar dəyəri 30 milyon avro təşkil edir.







İngiltərə P.L.

Qvardiola qısa tətilə çıxdı
  • İngiltərə P.L.
  • 23:59 22.02.2026
Qvardiola qısa tətilə çıxdı
"Bu, Premyer Liqadır, asan deyil, amma..."
  • İngiltərə P.L.
  • 23:45 22.02.2026
"Bu, Premyer Liqadır, asan deyil, amma..."
"Biz qalib gəlməyə layiq deyildik"
  • İngiltərə P.L.
  • 23:14 22.02.2026
"Biz qalib gəlməyə layiq deyildik"
 "Liverpul"a bir qol bəs etdi
  • İngiltərə P.L.
  • 22:25 22.02.2026
"Liverpul"a bir qol bəs etdi
Fofana "Çelsi"dən ayrılmaq qərarına gəlib
  • İngiltərə P.L.
  • 17:34 22.02.2026
Fofana "Çelsi"dən ayrılmaq qərarına gəlib