24 fevral 2026. Çərşənbə axşamı

“Mançester Siti” növbəti transferini reallaşdırmağa yaxındır


“Mançester Siti” növbəti transferini reallaşdırmağa yaxındır

“Mançester Siti” “Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Qehini transfer etmək yarışında “Liverpul”u qabaqlayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, “qırmızılar” ingilis futbolçunun maaş tələbləri ilə bağlı razılığa gələ bilməyib. “Şəhərlilər” isə yaxın günlərdə 25 yaşlı müdafiəçinin keçidini 30 milyon funt-sterlinq (təxminən 34,5 milyon avro) qarşılığında rəsmiləşdirə biləcəklərinə inanırlar. Bildirilir ki, Qehi Xosep Qvardiolanın rəhbərliyi altında çıxış etmək istəyir.

Cari mövsümdə Mark Qehi bütün turnirlər üzrə 32 oyunda meydana çıxıb, 3 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Kristal Pelas”la mövcud müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. Transfermarkt portalına əsasən, müdafiəçinin bazar dəyəri 55 milyon avro təşkil edir.







İngiltərə P.L.

Qvardiola qısa tətilə çıxdı
  • İngiltərə P.L.
  • 23:59 22.02.2026
Qvardiola qısa tətilə çıxdı
"Bu, Premyer Liqadır, asan deyil, amma..."
  • İngiltərə P.L.
  • 23:45 22.02.2026
"Bu, Premyer Liqadır, asan deyil, amma..."
"Biz qalib gəlməyə layiq deyildik"
  • İngiltərə P.L.
  • 23:14 22.02.2026
"Biz qalib gəlməyə layiq deyildik"
 "Liverpul"a bir qol bəs etdi
  • İngiltərə P.L.
  • 22:25 22.02.2026
"Liverpul"a bir qol bəs etdi
Fofana "Çelsi"dən ayrılmaq qərarına gəlib
  • İngiltərə P.L.
  • 17:34 22.02.2026
Fofana "Çelsi"dən ayrılmaq qərarına gəlib